Avropa bankı Gəncə üçün 365 milyon avro kredit ayıracaq
Gəncə şəhərinin fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam əhatə olunması, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın risklərinin azaldılması planlaşdırılır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsi sisteminin yenidən qurulması, eləcə də sutəmizləyici qurğuların tikintisi üçün 365 milyon avro (cari məzənnə ilə 685 milyon 908 min manat) məbləğində suveren kredit ayıracaq.
EBRD-dən verilən məlumata görə, layihənin ümumi dəyəri 370 milyon avrodur (cari məzənnə ilə 695 milyon 304 min manat). Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.
Kreditin EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqi noyabrın 6-da gözlənilir.
Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.
Layihə başa çatdıqdan sonra Gəncə şəhərinin fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam əhatə olunması, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın risklərinin azaldılması planlaşdırılır. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi su təchizatı xidmətlərini yaxşılaşdıracaq, su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək və bununla da “yaşıl keçid”ə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.
Hazırda layihənin ekoloji və sosial qiymətləndirilməsi (ESDD) həyata keçirilir. Birinci tranşla (B kateqoriyası) su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsinin bərpası maliyyələşdiriləcək. 150 000-dən çox insan üçün yeni çirkab su təmizləyici qurğuların tikintisini nəzərdə tutan növbəti tranşların, o cümlədən ikinci tranşın (A kateqoriyası) EBRD-nin Ekoloji və Sosial Siyasətinə uyğun olaraq əlavə ekspertizası həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək.
Borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi, benefisiar qismində isə Dövlət Su Ehtiyatları Agentliyi çıxış edir.
© Report
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
14 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
5 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
6 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
6 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
