Ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur - "İmpuls Group" ilə müqavilə bağlanılıb
Yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan "İmpuls Group" MMC ilə müqavilə bağlanılıb.“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan prioritet istiqamətlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində bir sıra işlər həyata keçirilir.
Bu barədə Marja-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Dövlət Proqramının "2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"na uyğun olaraq Dövlət Energetika Xidməti tərəfindən 110/35/10 kilovoltluq "Çeşməbasar" və "Sədərək" yarımstansiyalarının layihələndirilərək yenidən qurulması işləri aparılır.
Həmçinin, 35/10 kilovoltluq "Sədərək", "Nəzərabad" və "Əbrəqunus" yarımstansiyalarının da yenidən qurulması istiqamətində işlər davam edir.
Bu məqsədlə dövlət satınalması vasitəsilə alınmış 6 ədəd 6300 kilovat gücündə, 35/10 kilovoltluq güc transformatorlarından artıq 4 ədədi muxtar respublikaya gətirilib.
Həmçinin bu yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan "İmpuls Group" MMC ilə müqavilə bağlanılıb.
Bundan əlavə bu yarımstansiyaların tikiləcəyi torpaq sahələri də müəyyənləşib, yarımstansiyaların torpaqlarında torpoqrafiya işləri yekunlaşdırılıb, mühəndis geoloji işləri görülüb və nümunələr Bakı şəhərinə laboratoriyaya göndərilib.
Ümumilikdə ötən əsrin sonlarından istismar olunan, 10000-dən artıq abonentlərin elektrik enerjisi ilə təminatını həyata keçirən elektrik yarımstansiyaları yenidən qurulur.
Bu layihələrin icrası imkan verəcək ki, elektrik enerjisinin uzaq məsafələrə, eyni zamanda yaşayış məntəqələrinə çatdırılması, paylanması və elektrik enerjisi təchizatında səmərəliliyi, abonentlərin elektrik enerjisi ilə təminatında dayanıqlılığı və keyfiyyəti artsın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















