Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb. Dolların ucuzlaşması qızılın qiymətinə müsbət təsir göstərib və dəyərli metalın qiyməti 2499$ həddini test edib. Neftin qiyməti isə oktyabr ayından etibarən “OPEC+”-n hasilatı artıracağına dair ehtimalların güclənməsi fonunda təzyiq altında qalmaqda davam edir.
Belə ki, ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun press-relizinə əsasən, ölkənin ticarət saldosunun kəsiri iyun ayı ilə müqayisədə iyul ayında 5.8 milyard dollar və ya 7.9% artaraq 78.8 milyard dollara çatıb. Həmçinin, ABŞ-ın ixrac həcmi 266.6 milyard dollar, idxal həcmi isə 345.4 milyard dollar təşkil edib. Ölkədə əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) 7.673 milyona enib. Analitiklər göstəricinin 8.09 milyon səviyyəsində olacağını proqnoz etmişdilər.
Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ-ın 12 federal dairəsinin hər birində mövcud iqtisadi vəziyyət haqqında hesabatı özündə əks etdirən “Bej Kitab”-a görə, ölkənin əksər bölgələrində iqtisadi fəallıq iyul-avqust aylarında bir qədər azalıb və ya sabit qalıb.
Əksər bölgələrdə istehlak xərcləri əvvəlki hesabat dövründə sabit qaldıqdan sonra, bu ay azalıb. Avtomobil satışının dinamikası qeyri-bərabərdir, bəzi yerlərdə artım, digərlərində isə yavaşlama müşahidə olunur. Yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlak və tikinti sektorunda aktivlik göstəriciləri qarışıq olub, bəzi bölgələrdə yeni ev satışlarının həcminin azaldığı bildirib. İstehsal aktivliyi də azalıb.
Çərşənbə günü Kanada Bankı (ölkənin Mərkəzi bankı) uçot dərəcəsini 4.25%-ə çatdırıb. Dərc olunan göstərici analitiklərin proqnozlarını təkrarlayıb. Avrozonanın xidmət sektorunda PMI indeksi isə 52.9 bəndədək yüksəlib. Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 52.5 bənddən 51.2 bəndədək geriləyib. Böyük Britaniyada isə müvafiq göstərici 52.5 bənd səviyyəsindən 53.7 bənd səviyyəsinə qədər yüksəlib.
Bugün Bakı vaxtı ilə saat 16:15-də “Automatic Data Processing” (ADP) analitik şirkəti avqust ayı üçün ABŞ-ın özəl sektorunda iş yerlərinin sayında dəyişikliklərlə bağlı məlumatları dərc edəcək. İyul ayında 122 min artımdan sonra göstəricinin bu ay 145 min artması proqnoz edilir. Həmçinin, Avrozonada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və ABŞ-da dərc olunacaq işsizliklə bağlı statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas məqamlardır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 26 d. əvvəl
-
40 d. əvvəl
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Ən çox oxunanlar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb






.jpg)







.jpg)






