"Mubadala" "Getir"in nəzarət səhmlərini alır
"Mubadala", "Getir"in onlayn market və qida çatdırılması bizneslərinə nəzarət səhmlərini alır. İyun ayında ictimaiyyətə açıqlandığı kimi, "Getiri"n e-ticarət və mobillik kimi digər işlərinin nəzarət səhmləri "Getir"in qurucularına keçəcək.Əbu-Dabidə yerləşən investisiya şirkəti "Mubadala Investment Company", Türkiyənin "Getir Perakende Lojistik Anonim Şirketi"nə tək nəzarəti ələ keçirmək üçün ölkənin Rəqabət Qurumuna müraciət edib.
Marja xəbər verir ki, mövzu ilə bağlı məlumat Türkiyənin Rəqabət Qurumunun saytında dərc olunub.
"Getir" iyunun 24-də 250 milyon dollarlıq yeni investisiya aldığını açıqlamışdı.
Bu sərmayədən sonra strateji yenilənmədən keçən "Getir", iki ayrı qrup olaraq fəaliyyətini davam etdirəcəyini açıqlamışdır. Bildirilmişdi ki, birinci qrup “Getir”in Türkiyədəki onlayn market (online marke) və qida çatdırılması xidməti biznesinə diqqət yetirəcəksə, ikinci qrup isə "Getir"in ABŞ-da e-ticarət, maliyyə, mobillik və FreshDirect daxil olmaqla digər fəaliyyətlərini həyata keçirəcək.
Digər tərəfdən, "Getir"in hazırkı səhmdarlarından biri olan "Mubadala Investment Company"nib şirkətə əlavə sərmayə yatıracağı və "Getir"in Türkiyədəki onlayn market və qida çatdırılması xidməti biznesinin əksər hissəsini alacağı bildirilmişdi.
"Mubadala" Birləşmiş Ərəb Əmirliklərində və ölkə xaricində müxtəlif aktivlər portfelini idarə edən investisiya şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






