Neftin qiymətilə bağlı bədbin proqnozlar davam edir
"Morgan Stanley" Brent neftin qiymətilə bağlı proqnozunu yenidən aşağı saldıQlobal investisiya bankı "Morgan Stanley" Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını son həftələr ərzində ikinci dəfə azaldıb, çünki bazarda tədarük artıqlığı davam edir.
Marja.az xəbər verir ki, qlobal bankın analitiklərinə görə, Brent markalı neftin qiyməti 2024-cü ilin dördüncü rübündə orta hesabla 75 dollar/barel olacaq. "Morgan Stanley" analitikləri daha əvvəl oktyabr-dekabr ayları arasında Brent markalı neftin qiymət proqnozunu 85 dollardan 80 dollara endirmişdilər. Gələn ilin böyük hissəsi üçün proqnozlar da bir qədər aşağı salınıb.
Brent nefti bu yaxınlarda 2021-ci ilin sonundan bəri ən aşağı səviyyəyə düşüb, çünki Çində tələbin azalması ilə bağlı narahatlıqlar davam edir, ABŞ iqtisadiyyatının yavaşlaya biləcəyinə dair siqnallar var.
"Morgan Stanley"in analitikləri 9 sentyabr tarixli hesabatda, “Neft qiymətlərinin son hərəkəti tələbin əhəmiyyətli dərəcədə zəiflədiyi digər dövrlərə bənzəyir",- qeyd ediblər.
"Morgan Stanley" də son proqnozu ilə neftin qiymətilə bağlı bədbin proqnozlar açıqlayan böyük maliyyə qurumlarının sırasına qoşulub.
"Goldman Sachs Group" keçən ay proqnozlarını dəyişib. "Goldman Sachs"ın analitikləri 2025-ci il üçün Brent markalı neft üzrə orta qiymət proqnozlarını 82 dollardan 77 dollara endiriblər.
"Citigroup" bu yaxınlarda, bazarda həddən artıq təklif olunduğunu bildirib və OPEC+ın hasilatda ixtisar etməsə, qiymətlərin 2025-ci ildə orta hesabla 60 dollar/barel ola biləcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























