ABŞ-da inflyasiya son 3,5 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI, inflyasiya göstəricisi) avqust ayında gözləntilərə uyğun olaraq illik (2023-cü ilin avqust ayı ilə müqayisədə) 2,5% artıb. Beləliklə, illik inflyasiya son 3,5 ildə ən aşağı səviyyədə olub.ABŞ Əmək Nazirliyi avqust ayı üzrə istehlak qiymətləri məlumatlarını açıqlayıb.
Marja məlumata istinadən xəbər verir ki, istehlak qiymətləri avqust ayında iyun ayı ilə müqayisədə 0,2 faiz artıb. Bazar proqnozu bu dövrdə indeksin 0,2 faiz artacağı idi.
Ölkədə İstehlak Qiymətləri İndeksin 2024-cü ilin avqust ayında illik (2023-cü ilin avqust ayı ilə müqayisədə) 2,5 faiz artıb. Beləliklə, illik İstehlak Qiymətləri İndeksində dəyişiklik bazarın 2,5 faiz gözləntisinə uyğun olaraq reallaşıb.
ABŞ-da inflyasiya iyulda aylıq 0,2 faiz azalmış, illik 2,9 faiz artmışdı.
Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan baza CPI avqust ayında aylıq 0,3 faiz, illik isə 3,2 faiz artıb.
Son zamanlar inflyasiya ilə bağlı narahatlıqların yatırıldığını bildirən analitiklər, zəifləyən məşğulluq bazarının tənəzzül riskini "qidalandırdığı" üçün investorların ehtiyatlı olduqlarını qeyd ediblər.
FED-in bu ay faiz dərəcələrini 0,25 faiz bəndi endirməsi ehtimalı valyuta bazarlarında güclü olaraq qalır, 0,50 bənd faiz endirimi ehtimalı isə 35 faiz səviyyəsindədir. FED-in ilin sonuna qədər faiz dərəcələrini cəmi 1,00 faiz bəndi azaldacağı təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























