Qlobal reklam şirkəti Azərbaycan bazarına daxil olub - ÖLKƏ MENECERİ TƏYİN EDİLİB
Şirkət regionda rəqəmsal reklam bazarının böyüməsini əhəmiyyətli dərəcədə artırmağı və yerli reklamverənlərə beynəlxalq marketinq təcrübəsi gətirməyi hədəfləyir.Qlobal rəqəmsal mütəxəssislər və texnoloji həllər şəbəkəsi olan Aleph Bakıda yerli nümayəndəlik açaraq Azərbaycan bazarına daxil olduğunu elan edib. Bu, Azərbaycandan olan reklamverənlər, qlobal brendlərlə və Azərbaycan auditoriyası arasında daha da sıx əlaqəni təmin edir.
Şirkətdən Marja.az-a verilən məlumata görə, Aleph dünyada Amazon, Meta, Spotify, TikTok, X (keçmiş Twitter) və digər aparıcı media platformalarında reklam imkanlarını təklif edir və Azərbaycandan olan şirkətlər, kiçik və orta bizneslər üçün qlobal reklam imkanlarını genişləndirmək üzərində çalışır.
Aleph Group-in qlobal yanaşması sayəsində reklamçılar rəqəmsal reklam sahəsində Aleph-in qabaqcıl qlobal təcrübəsindən yararlanaraq rəqəmsal marketinq investisiyalarını optimallaşdıra biləcəklər.
Aleph Group-un regional idarəedici direktoru Sergey Dovedov bu hadisəni belə şərh edib:
“Azərbaycanda ofisin açılması “rəqəmsal reklamı hamı üçün əlçatan etmək” missiyamızı dəstəkləyir. Yerli bazarda təmsil olunmağımız ölkədəki reklamverənlərə bütün regionda müasir reklama olan artan tələbatı ödəməyə kömək edəcəkdir. Ölkə menecerimiz Tural Kərimov reklam sferasında aparıcı peşəkarlardan biridir, komandamız isə bazarı yaxşı tanıyan, diqqətlə seçilmiş ekspertlərdən təşkil olunub. Biz regional mövqeyimizi möhkəmləndiririk və oflayn ÜDM-dən onlayn ÜDM-ə keçidi dəstəkləmək və bununla da ekosistemin rəqəmsallaşmasını sürətləndirmək üçün Bakıda olmaqdan məmnunuq”.
Tural Kərimov Aleph Group-un Azərbaycandakı nümayəndəliyinin ölkə meneceri təyin edilib.
O, reklam sənayesində 15 illik təcrübəyə malikdir. Aleph Group-a keçməzdən əvvəl o, beynəlxalq reklam agentliklərində və iri şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış və onların marketinq səylərinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun karyerası rəqəmsal marketinq komandalarına rəhbərlik etmək, məhsul inkişafına nəzarət etmək və öz agentliyini qurmaqdan ibarət olmuşdur ki, bu da ona müxtəlif sektorlarda dəyərli təcrübə qazanmasına imkan vermişdir.
Aleph Group Azərbaycanın ölkə meneceri Tural Kərimovdan sitat: “Aleph-ə qoşulmaq, yerli reklamverənlərə və brendlərə rəqəmsal reklamın sonsuz imkanlarından uğurla istifadə etməkdə kömək etmək sevindiricidir. Şirkətimiz inkişaf etməkdə olan bazarlarda dəyərli müştərilərimizə ekspert bilikləri, kampaniya məsləhətləri və kredit anderraytinqi təmin edərək onların rəqəmsal inkişafını dəstəkləyir. Biz Azərbaycanı həlledici bazar hesab edir, bütün seqmentlərdən olan reklamverənlərlə işləməyi və onlara yerli dəstək göstərməyi səbirsizliklə gözləyirik.”
Aleph 140-dan çox ölkədə fəaliyyət göstərən, 26 000-dən çox reklamvereni 3 milyarddan çox istehlakçı iləəlaqələndirən, rəqəmsal ekosistemin inkişafını təmin edən qlobal rəqəmsal mütəxəssislər və texnologiya yönümlü həllər şəbəkəsidir. 60-dan çox aparıcı rəqəmsal media platforması ilə satış tərəfdaşlığı sayəsində (TikTok, X, Microsoft, Google və başqaları daxil olmaqla) Aleph, yerli həllər ilə patentləşdirilmiş texnologiyaları quraraq və təchiz edərək, sənaye və platforma mütəxəssislərindən ibarət yerli komandalar təklif edib, az xidmət göstərilən bazarlarda müəssisələrə və icmalara güc verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























