Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar
Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər(®) Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.
Beynəlxalq İnformatika Olimpiadasına (IOI) qatılan Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev həvəsləndirici mükafata layiq görülüblər. Dünyanın təxmini 90 ölkəsindən 350-yə yaxın iştirakçının yarışdığı 2 günlük müsabiqədə şagirdlər hər gün 5 saat ərzində 3 alqoritmik məsələ həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
25 ölkənin qatıldığı Birinci Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən hər iki şagirdimiz Ayxan Dəmirli və Fuad Qarayev gümüş medal qazanıblar. Elmi sınaqlardan keçmək üçün tələbələr xüsusi olaraq yaradılmış platformadan istifadə edərək süni intellekt metodları ilə problemlərin həllini tapan eksperimental testlər aparıblar.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb. Məktəblilər arasında ən nüfuzlu proqramlaşdırma müsabiqəsi olan Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimiz ümumilikdə 13 (https://stats.ioinformatics.org/results/AZE) medala layiq görülüblər ki, onların 8-i son 5 ildə əldə edilib.
Azercell milli komandamızı təbrik edir və ona davamlı uğurlar arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























