Qlobal bazarlarda son vəziyyət
Ötən gün davam edən dolların eniş tendensiyası, bugün səhər saatlarında bir qədər yavaşlayıb və dollar major valyutalar qarşısında bahalaşıb. Yeni tarixi maksimumlara çatan qızılın qiyməti dollara olan təzyiqin azalması fonunda ucuzlaşır. EURUSD cütlüyü 1.1137 həddinə qədər bahalaşandan sonra, ucuzlaşmağa başlayıb və hal-hazırda 1.1122 həddində ticarət olunur. Qızıl isə dünən 2589$ həddini test etdikdən sonra, 2576$ səviyyəsinə kimi geriləyib.
Bazar ertəsi Avropa statistika agentliyi “Eurostat” bildirdi ki, Avrozonanın Ticarət Saldosunun profisiti iyun ayı ilə müqayisədə iyul ayında 22.3 milyard avrodan 21.2 milyard avroya qədər azalıb. Lakin, analitiklər göstəricinin 18 milyard avro təşkil edəcəyini proqnozlaşdırmışdılar. Eyni zamanda, iyulda Avrozonadan ixrac həcmi illik ifadədə 10.2% artaraq 252 milyard avroya, idxal həcmi isə 4% artaraq 230.8 milyard avroya çatıb.
Bugün Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi dərc olunub. Verilən məlumatlara əsasən göstərici öyun ayı ilə müqayisədə iyul ayında -1.2%-dən 1.4%-ə qədər dəyişib. Ekspertlər nəticənin 0.8% təşkil edəcəyini ehtimal edirdilər.
Çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəricisi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Qeyd olunur ki, analitiklər pərakəndə satışların aylıq ifadədə 0.2% azaldığını proqnozlaşdırırlar.
Həmçinin, Avrozona və Almaniyada Avropa İqtisadi Araşdırmalar Mərkəzinin açıqlanacaq hesabatı və ABŞ-da dərc olunacaq Sənaye Sektorunda İstehsalat Həcmi göstəricisi bazar iştirakçıları tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







