Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Konfederasiyanın tərkibində yaradılacaq Azərbaycan Arbitraj Mərkəzinin fəaliyyət prinsipləri, COP29 tədbirində iştirak və qarşıda duran məsələlər müzakirə edilib.
Konfedrasiyanın yaydığı məlumatda bildirilir ki, iclası açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə başçısının sahibkarlığın inkişafına verdiyi dəstək, biznes mühitinin yaxşılaşdırılması iqtiqamətində atılan addımlar, biznesin hüquqlarının müdafiəsi üçün yaradılan imkanlar, bu istiqamətdə həyata həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib.
Azərbaycan Arbitraj Mərkəzinin yaradılmasının mübahisəllərin alternativ həlli yolu kimi ölkə iqtisadiyyatına verəcəyi faydalar, arbitrlərin seçilməsi, ümumiyyətlə bu sahədə fəaliyyətin qurulması mərhələləri ilə bağlı De Novo şirkətinin direktoru Kamal Məmmədzadə təqdimatla çıxış edib. K.Məmmədzadə mövzu ilə bağlı sahibkarların suallarını cavablandırıb və xüsusən də xarici arbitrlərlə əməkdaşlıq prinsiplərinə aydınlıq gətirib.
Konfederasiya prezidentinin müşaviri Ziya Hacılı COP29 tədbirində Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birılikdə iştirak, Beynəlxalq Əmək Təşkilatı ilə birgə hazırlanan “yaşıl iqtisadiyyata keçid üzrə tövsiyə çərçivəsi” sənədi ilə bağlı geniş məlumat verib. Ziya Hacılı ASK-nın beynəlxalq əlaqələrinin genişlənməsi, xüsusən də Ərəb ölkələri, Pakistan, Çin və Hindistan ilə dərinləşən əməkdaşlıq əlaqələrindən özəl sektorun faydalanması üçün atılan addımlar barədə məlumat verib. O, Türk Ticarət və Sənaye Palataları Birliyi, eləcə də İslam Ticarət və İnkişaf Palatası ilə birlikdə Azərbaycanda həyata keçiriləcək tədbirlər, biznes missiyalar haqqında təqdimatla çıxış edib.
Ziya Hacılı xüsusən də Qarabağda iş qurmaq istəyən sahibkarlar üçün yaradılan şərait və bu məqsədlə Konfederasiyanın təklif etdiyi imkanlar haqqında Rəyasət Heyətini məlumatlandırıb.
İclas gündəlikdə dayanan məsələlərin, səsləndirilən təkliflərin geniş müzakirəsi ilə başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 48 d. əvvəl
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)

