Bişkek Azərbaycana neft emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib
Bişkek Bakıya Qırğızıstana xam neftin tədarükü və emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib.
Bu barədəQırğızıstanın Energetika Nazirliyinə istinadən xəbər verilir.
Bu məsələ Bişkekdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında keçirilən görüşdə müzakirə olunub.
“Görüşdə T.İbrayev Azərbaycanın neft yataqlarının işlənilməsi, neft məhsullarının istehsalı sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb və Qırğızıstana xam neftin tədarükü və emalına dair uzunmüddətli müqavilə imzalamağı, eləcə də hidroenergetika və bərpa olunan enerji layihələrində iştirak etməyi təklif edib”, - məlumatda qeyd olunub.
O, həmçinin elektriklə işləyən avtomobillər üçün enerji doldurucularının alınması və quraşdırılmasına Azərbaycan-Qırğızıstan İnkişaf Fondundan ilkin mərhələdə güzəştli şərtlərlə 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması məsələsinə baxılmasını təklif edib.
P. Şahbazov bu sahələrdə Qırğızıstanla əməkdaşlığa hazır olduğunu bildirib. “O, neftin çatdırılması ilə bağlı xüsusi işçi qrupla işləməyi təklif edib. Bundan başqa, nazir yaxın vaxtlarda bərpa olunan enerji mənbələri üzrə investisiya forumunun keçiriləcəyini xatırladıb və Qırğızıstanı bu forumda fəal iştiraka dəvət edib”, - məlumatda vurğulanıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























