Vergi və Gömrük üçün planlar artılır - DAHA ÇOX VERGİLƏR YIĞILACAQ
Dövlət Vergi Xidməti üçün plan 230 milyon manat, Dövlət Gömrük Komitəsi üçün 165 milyon manat artırılır. Gələn qeyri-neft sektorundan il 11 milyard 670 milyon manat vergi yığılmalıdır.2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230 milyon manat və ya 1,5 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9 faiz azdır.
Marja.az xəbər veri ki, bu, Maliyyə Nazirıiyi Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
Qeyd edilib ki, bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 600 milyon manatı və ya 18 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür.
2025-ci ildə neft-qaz sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 74,9 faizini və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (cari il ilə eyni məbləğdə), 22,4 faizini və ya 3 milyard 830 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar, 2,7 faizini və ya 462 milyon manatını isə digər neft daxilolmalar (ARDNŞ üzrə dividendlər) təşkil edir.
Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 59,7 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 33,8 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,3 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,2 faizini sair gəlirlər təşkil edəcəkdir.
2025-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 75,3 faizi və ya 11 milyard 670 milyon manatı qeyri-neft sektorunun, 24,7 faizi və ya 3 milyard 830 milyon manatı neft sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 600 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 165 milyon manat və ya 2,6 faiz, 2023-cü ilin faktı ilə müqayisədə 262,2 milyon manat və ya 4,1 faiz çoxdur.
Qeyd edək ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır. Gələn il 3 milyard 51,6 milyon manat büdcə kəsri (defisit) olacağı nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 9 saat sonra
-
- 5 saat sonra
-
11 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
12 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
12 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)








.jpg)

