"Yaponiya Azərbaycanda indiyədək 100 milyon dollarlıq qrant yardım proqramı həyata keçirib"
Yaponiya hökumətinin indiyə qədər Azərbaycanda həyata keçirdiyi qrant yardımların ümumi məbləği 2021-ci ilin göstəricilərinə əsasən, təxminən 100 milyon ABŞ dolları təşkil edib.
Bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe deyib.
Diplomat vurğulayıb ki, 2000-ci ildən etibarən Yaponiya hökuməti Azərbaycanın 58 rayonunda təkcə “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 286 layihə həyata keçirib:
"Həmin layihələrin ümumi dəyəri isə təxminən 24 milyon ABŞ dolları olub. İndiyə qədər uşaq bağçaları, tibb məntəqələri, su təchizatı, suvarma və s. kimi tikinti və təmir layihələri icra edilib. Qrant yardımı proqramı regionlarda yaşayan əhalinin məişəti üçün fundamental ehtiyacları təmin etmək, məişət mühitlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş layihələrdir. Bu layihələr səfirliyin tərtib etdiyi illik planlaşdırma əsasında deyil, müraciət edən təşkilat tərəfindən təqdim edilmiş ərizələrlə ərsəyə gəlir".
K.Vatanabe Yaponiya səfirliyinin Azərbaycan xalqı tərəfindən daha da yaxşı layihə təkliflərinin təqdim olunmasına ümid bəslədiyini də diqqətə çatdırıb:
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı təhsil, səhiyyə, ictimai gigiyena kimi sahələrdə sakinlərə birbaşa faydalı olacaq nisbətən kiçikmiqyaslı layihələrə maliyyə təqdim edir. Yerli idarəetmə orqanları, təhsil müəssisələri, tibb müəssisələri və s. kimi qeyri-kommersiya qurumları qrant yardımı üçün müraciət edə bilərlər. Yaponiya səfirliyi bu cür qeyri-kommersiya qurumları tərəfindən də layihə üçün müraciətlərin daxil olacağına ümid edir. Biz “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramından başqa, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə suvarma kanallarının qazılması üçün nəzərdə tutulan avadanlığın təqdim edilməsi layihəsini də həyata keçirmişik".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























