Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
Qarabağda təhsil alan tələbələrə “SuperSən 10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir
Qarabağda ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin etməyə davam edir. Lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək olmaq məqsədilə xüsusi kampaniya elan edir.
Kampaniya çərçivəsində tələbələrə yeni Fakturasız xətt Azercell nömrəsi və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik hədiyyə edilir. Bu müddət bitdikdən sonra isə bir il ərzində tarif paketindən 50% endirimlə istifadə etmək imkanı verilir.
Qeyd edək ki, “SuperSən 10GB” tarifinə aylıq 10GB internet, 500 ölkədaxili dəqiqə, “WhatsApp” və “Facebook Messenger”də pulsuz yazışma daxildir.
Kampaniyadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə noyabr ayının 30-dək Azercell-in Xankəndi şəhərində (Qarabağ Universitetinin qarşısında) fəaliyyət göstərən Səyyar Müştəri Xidmətlərinə müraciət etmək olar.
Kampaniya haqqında ətraflı məlumat ilə Azercell-in rəsmi veb səhifəsində tanış olmaq mümkündür.
“Azercell Telekom” MMC bütün tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara zehin açıqlığı və uğurlar arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























