Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdı
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.
“Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi” çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) əsas proseslərin, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, həmçinin investisiya planlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görüləcək.
Layihə, həmçinin müştərilərin daşınma qiymətləri və vergi hesablamalarına çıxış əldə edə biləcəyi sistemin yaradılmasını əhatə edəcək. Bundan əlavə, rəqəmsallaşdırma həlləri ADY-nin büdcə planlaması və müqavilə idarəçiliyi kimi korporativ funksiyalarının təkmilləşdirilməsi üçün tətbiq olunacaq.
ADY-nin transformasiya prosesinin dayanıqlı icrasını dəstəkləyəcək rəqəmsallaşdırma layihəsinin əhatə edəcəyi spesifik istiqamətlər aşağdakılardır:
- Yük-kommersiya sisteminin qurulması
- Hərəkətə nəzarət sisteminin təkmilləşdirilməsi
- Cari vəziyyət əsasında təmir idarəçiliyi sisteminin qurulması
- Təkmilləşdirilmiş biznes davamlılığı, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi
- Məlumat bazası modeli və inteqrasiya xəttinin yaradılması
Köhnəlmiş İT sistemlərinin istismardan çıxarılması və yenilənməsi
Qeyd edək ki, ADY-nin rəqəmsal transformasiyası beş əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və İT bacarıqlarının artırılması.
ADY, eyni zamanda, yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi üçün Lokomotiv Briqadasının İdarəetmə Sistemi (LBİS), Yük-Kommersiya Əməliyyatlarının İdarəetmə Sistemi (YKƏİS) və Yükdaşıma İdarəetmə Sistemi (YİS) kimi layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr birlikdə lokomotiv briqadalarının idarə edilməsinin optimallaşdırılmasına; qiymətlərin, müqavilələrin və müştəri əlaqələrinin idarə edilməsi üçün qabaqcıl vasitələrin tətbiqinə; məlumat analitikası və avtomatlaşdırılmış planlaşdırma alətlərinin tətbiqi ilə yüklərin idarə olunması və marşrutun optimallaşdırılması prosesinin təkmilləşdirilməsini təmin edəcək.
Bundan başqa, ADY hərəkətin təhlükəsizliyinə neqativ təsirlərin minimuma endirilməsi üçün insidentlərin idarə edilməsi sistemini rəqəmsallaşdırır. Təhlükəsizliklə bağlı proseslərin innovativ həlli gözlənilməz vəziyyətlərə operativ şəkildə reaksiya vermək imkanı yaradır. Nəticədə qatarların daha təhlükəsiz hərəkəti təmin edilir və iş səmərəliliyi artırılır.
AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf etmiş və müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.
AİB-in Nəqliyyat üzrə mütəxəssisi Nanyan Cou isə qeyd edib ki, bu maliyyələşdirmə ADY-nin əməliyyat və maliyyə performansını təkmilləşdirərək məlumatların idarə edilməsini sadələşdirəcək, aktivlərin idarə edilməsini və ümumi dəmir yolu əməliyyatlarını optimallaşdıracaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 42 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)




.jpg)






.jpg)





