PAŞA Holding-in təşkilatçılığı ilə İnmerge innovasiya sammitinin ilk günü başlayıb
PAŞA Holding-in təşkilatçılığı ilə 10 oktyabr 2024-cü il tarixində İnmerge innovasiya sammitinin ilk günü başlayıb.
Summitin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Artıq 4-cü ildir ki, təşkil olunan sammitin ilk gününün açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov, Trendyol Qrupun baş icraçı direktoru Erdem İnan çıxış ediblər.
“Regionun böyük iqtisadi oyunçularından biri olaraq biz üzərimizdə məsuliyyət hiss edirik - ətrafdakılarımızın inkişafına töhfə vermək məsuliyyəti. İnnovasiya bizim üçün sadə bir məfhum deyil. Bizim üçün innovasiya inkişaf deməkdir, və innovasiya sammiti ilə biz regionda innovasiya ekosisteminin inkişafına töhfə verdiyimizə inanırıq” – PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Qeyd edək ki, tədbirin ilk günündə Youtube şirkətinin həmtəsisçisi Stiv Çen, Harvard Biznes Məktəbinin professoru Linda Hill və onarla biri birindən maraqlı spikerlər çıxış edəcək. Tədbirin ikinci günü Sturbacks şirkətinin həmtəsisçisi Zev Ziegl, Amazon şirkətinin baş texnologiya inzibatçısı Werner Vogels, Waze tətbiqinin təsisçisi Uri Levine-nin iştirakı nəzərdə tutulub.
XXX
Regionun ən böyük innovasiya sammitinin “INMerge” İnnovasiya Sammitinin ilk günü başlayıb.
Marja xəbər verir ki, Sammit Bakı Konqres Mərkəzində keçirilir
Bu il də “INMerge” İnnovasiya Sammitində ölkəmizdən və dünyadan nüfuzlu iş adamları, sahibkarlar, menecerlər və mütəxəssislər çıxış edəcəklər.
"PAŞA Holding"-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Sammit oktyabrın 11-də də davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)













