ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!
ABB ölkəmizdə kapital bazarlarının inkişafına təkan verəcək daha bir mühüm addım atıb. Artıq Bankın ABB mobile tətbiqində ABB səhmlərinin təkrar bazarına da start verilib. Belə ki, ABB səhmdarı olan istifadəçilər tətbiq vasitəsilə öz səhm portfellərini izləyə və eyni zamanda səhmlərin alqı-satqısı ilə məşğul ola bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq Sərəncamına uyğun olaraq ilk dəfə ABB-nin səhmlərinin kütləvi emissiyası uğurla həyata keçirilib. Ölkəmizin kapital bazarlarının inkişafına xidmət edən bu proses tarixi nəticə ilə tamamlanıb. Yerləşdirmə nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib. Qısa müddət ərzində Azərbaycanın kapital bazarlarına bu qədər sayda yeni iştirakçı qoşulub.
Səhmlərə abunə yazılışı zamanı ABB ilk dəfə innovativ üsullar tətbiq edərək sifarişlərin qəbulunu ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Sifariş imkanlarının rahat və əlçatanlığı investorların prosesdə fəal iştirakında böyük rol oynayıb. ABB mobile tətbiqi vasitəsilə bu gündən etibarən səhmlərin təkrar bazarda alqı-satqısı imkanlarının yaradılması ölkəmizin kapital bazarlarında böyük canlanmaya səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























