Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb
Asif Zeynalov: "Türkiyənin enerji bazarına daxil olmağımız "GL Group" üçün əhəmiyyətli yeni bir fəslin başlanğıcı deməkdir".
Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu, "GL Group" Türkiyədə təbii qaz hasilatı bazarına daxil olmaqla ilk beynəlxalq strateji addımını atıb. Bununla da, "GL Group" orta miqyaslı regional enerji şirkəti olmaq istiqamətindəki strategiyasını həyata keçirərək beynəlxalq enerji oyunçusuna çevrilir.
"GL Group", Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 bloku üçün lisenziyanın 100%-lik sahibi və operatoru olan Kanadanın "Gazelle Energy Limited" şirkətinin səhmlərinin 25%-ni satın alıb. Bu blok, 145 km² sahəni əhatə edən sıx qazın qiymətləndirilməsi və işlənməsi layihəsidir və kəşf edilmiş 65 milyard kub fut (2P) qaz ehtiyatları ilə yanaşı əhəmiyyətli artım potensialına malikdir. "GL Group" həmçinin "Gazelle Energy"nin Direktorlar Şurasında da təmsil olunacaq.
Bu layihədə qabaqcıl texnologiyalardan istifadə olunacaq. "GL Group" rəhbərliyinin Şimali Amerika və Rusiyada sıx qaz yataqları sahəsindəki təcrübəsi onu "Gazelle Energy" üçün ideal tərəfdaş kimi mövqeləndirir. "GL Group", "Gazelle Energy" ilə birgə çalışaraq, F17-b4 blokunun Əməliyyat Komitəsində iştirak edəcək və yatağın tam qaz potensialını aşkara çıxarmaq üçün çoxfazalı hidravlik qırılma və çoxmərhələli qazma və quyuların tamamlanması texnologiyalarından istifadə olunacaq.
"Türkiyənin enerji bazarına daxil olmağımız "GL Group" üçün əhəmiyyətli yeni bir fəslin başlanğıcı deməkdir", — deyə, "GL Group"un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib. "Bu ilk beynəlxalq satınalma təkcə strateji deyil, həm də "GL Group"u sənayedə regional oyunçu kimi müəyyən edir, mövqeyimizi gücləndirir və regiondakı gələcək inkişafımıza təkan verir".
GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov
GL Group haqqında:
"GL Group" Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft-qaz yatağında fəaliyyət göstərir. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
55 d. əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
1 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
1 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
- 2 saat əvvəl
-
3 saat əvvəl
O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda
-
3 saat əvvəl
AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb


Duz gölünə çirkab su axıdanlar cərimələnəcək

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır

“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib - FOTOLAR

Bakı Yivudan gələn 237-ci qatarı qarşıladı

İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti anlaşdı
