SOCAR İsveçrədə zavod inşa edəcək - Tikintisinə başlanacağı tarixi açıqlanıb
SOCAR 2026-cı ilə qədər İsveçrədə 100 sürətli akkumulyator cihazını yaymağı planlaşdırır.
Bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, hazırda şirkət əsasən avtomobil yollarında və Sürix şəhərinin daha geniş ərazilərində 20 sürətli enerjidoldurma qurğusundan istifadə edir.
Yaşıl hidrogen istehsalı zavodunun tikintisi layihəsi çərçivəsində “Alpiq”, “EW Hofe” və “SOCAR Energy Switzerland” konsorsiumu “Freinbax” bələdiyyəsində gücü 10 meqavata qədər olan elektroliz zavodunun inşa edilməsi planlaşdırılıb.
Ümumilikdə isə 2025-ci ildə başlanacaq tikintinin sonunda zavodun tam genişləndirilməsi nəticəsində ildə 1-1,2 min tona qədər yaşıl hidrogen istehsalı planlaşdırılır. Hasil edilmiş hidrogenin boru kəməri vasitəsilə “Fuksberq” şossesində qurulacaq SOCAR-ın yanacaqdoldurma stansiyalarına daşınması təmin olunacaq.
“SOCAR Energy Switzerland” Bern şəhəri yaxınlığındakı ayda 150-ə yaxın yük maşınını yanacaqla təmin edən “Grauholz Sud” yanacaqdoldurma məntəqəsi vasitəsilə ilk hidrogen yanacaqdoldurma məntəqəsini işə salıb. Şirkət, həmçinin elektrikli akkumulyatorlu avtomobillər üçün enerji doldurma biznesini genişləndirir.
Qeyd edək ki, şirkət 2023-cü ilin sonuna qədər İsveçrədəki yanacaqdoldurma məntəqələrinin sayını 206-a çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























