Azərbaycan malları Şri-Lanka və Hindistana ixrac ediləcək - İdxalçı şirkətin nümayəndəsi Azərbaycana gəlib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “MeetUp Networking Club” Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarına ixracı layihəsinə start verib. Bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Shyen ilə görüş keçirilib.
Görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şri-Lanka və Hindistanda marketlər şəbəkəsinə çıxarılması istiqamətində danışıqlar aparılıb. Tani Shyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan mallarının onlayn təqdimatını həyata keçirib. Daha sonra ölkəmizdə yetişdirilən aqrar məhsulların dequstasiyası aparılaraq Şri-Lanka və Hindistan bazarında satış imkanları müzakirə olunub.
İdxalçı şirkət nümayəndəsi Tani Shyenin görüşlərinin aqrar sektorda fəaliyyət göstərən şirkətlərin bağlarında və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ilkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini “azexport.az” portalı və “MeetUp Networking Club” vasitəsilə təqdim edə bilərlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
