"Hazırda uçot dərəcəsi neytral vəziyyətdədir"
"Hazırda uçot dərəcəsi neytral vəziyyətdədir. Biz faizlərin artırılması və ya azaldılması barədə qərar qəbul edərəkən həm xarici, həm də daxili amilləri nəzərdən keçiririk".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədir Taleh Kazımov bildirib.
Sədr qeyd edib ki, Azərbaycanın ticarət tərəfdaşı olan bir sıra ölkələrdə inflyasiyanın artımı müşahidə olunur, bir sıra ölkələrdə isə yüksək olaraq qalır: "Biz daha çox xarici sektorda baş verən prosesləri izləyirik. Daxili amillərə gəldikdə isə istehlak xərclərinin və büdcə xərlərinin artması inflyasiyaya artıcı təsir göstərir".
Mərkəzi Bankın sədri vurğulayıb ki, hazırda inflyasiyaya əsas artıcı təsiri ticarət tərəfdaşlarında olan inflyasiya, azaldıcı təsiri isə nominal effektiv məzənnənin möhkəmlənməsi göstərir. 9 ayın nəticələrinə görə, Manatın nominal effektiv məzənnənsi 4,9% möhkəmlənmişdir.
9 ayının nəticələrinə görə, 2024-cü ilin 9 ayında Azərbaycanda illik inflyasiya 3,5% təşkil edib: "Ticarət tərəfdaşlarının inflyasiyası 12,2% təşkil edib. 2023-cü ilin sonunda bu rəqəəm 15,4% olmuşdu. Dünya Bankının qlobal əmtəə qiymətləri indeksi illik 12,4% azalıb. Lakin əmtəə və ərzaq qiymətlərində isə 2% artım müşahidə olunub".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






