Yaponiya parlamenti Siqeru İsibanı yenidən baş nazir seçib
Yaponiya parlamentinin Nümayəndələr Palatası hakim Liberal-Demokrat Partiyasının (LDP) lideri Siqeru İsibanı yenidən baş nazir seçib.
“Kyodo News” agentliyi xəbər verir ki, səsvermənin birinci turunda namizədlərdən heç biri 465 yerlik palatada qalib gəlmək üçün lazım olan 233 səsi toplaya bilməyib. Nəticədə səsvermə iki əsas namizəd - İsiba və Yaponiyanın əsas müxalifətçi Konstitusiya Demokratik Partiyasının (CDP) lideri Yoşihiko Noda arasında keçirilib. Bu dəfə İsiba 221 səslə (160 səsə qarşı) rəqibini üstələyərək baş nazir postunu saxlaya bilib.
Bundan əvvəl İsiba LDP və Komeito Partiyasının hakim koalisiyasının çoxluğa malik olduğu parlamentin yuxarı palatasında (müşavirlər palatası) baş nazir seçilmişdi.
Bu gün Siqeru İsiba minimal dəyişikliklərlə yeni kabinet formalaşdırmalıdır. O, indi azlıq hökumətinə rəhbərlik edə bilər ki, bu da koalisiyanı müxalifətin tələblərinə daha yaxından qulaq asmağa sövq edəcək. Xüsusilə də müxalifət partiyalarının siyasi islahatlar üçün təzyiqləri artıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)













