"SOCAR Green" və "Holcim Azerbaijan" anlaşdı
"Holcim" sementlərinin istehsal prosesində atmosferin çirklənməsini sıfıra endirmək üçün daha bir addım. "SOCAR Green" və "Holcim Azerbaijan" tərəfdaşlığa başlayır. Bu tərəfdaşlıq bərpa olunan enerji və innovativ davamlı texnologiyalar vasitəsilə "Holcim"in istehsal prosesinin dekarbonizasiyasını hədəfləyir. Belə ki, "Holcim Azerbaijan" karbon emissiyalarını azaltmaq üçün hədəflər qoyub.
"SOCAR Green" və "Holcim Azerbaijan", Azərbaycanda sənaye əməliyyatlarının ətraf mühitə təsirini azaltmağa yönəlmiş bərpa olunan enerji həllərini inkişaf etdirmək üçün Anlaşma Memorandumu (AM) imzalayıb.
Bu tərəfdaşlıq bərpa olunan enerji və innovativ davamlı texnologiyalar vasitəsilə "Holcim"in istehsal prosesinin dekarbonizasiyasını hədəfləyir və hər iki şirkətin davamlı sənaye təcrübələrinin təşviqi və ətraf mühitə təsirin azaldılmasına sadiqliyini əks etdirir.
Bu Anlaşma Memorandumu, "Holcim"in 2050-ci il üçün qlobal xalis sıfır öhdəliyini dəstəkləyərək, bərpa olunan enerji imkanlarını araşdırmaq üçün çərçivə yaradır. Bu iddialı məqsədlərə çatmaq üçün "Holcim", alternativ yanacaq istifadəsi, dövri iqtisadiyyat təcrübələri və innovativ karbonun tutulması, istifadəsi və saxlanılması texnologiyaları daxil olmaqla, sənaye sahəsində qabaqcıl tədbirlər həyata keçirir.
"Bu tərəfdaşlıq "SOCAR Green" ilə birgə Azərbaycanda dekarbonizasiya məqsədlərimizi dəstəkləmək üçün bərpa olunan enerji imkanlarını araşdırmağa kömək edəcək," - deyə "Holcim Azerbaijan"ın baş icraçı direktoru cənab Xalid Samaka bildirib. "Əməliyyatlarımıza davamlı enerji həllərini inteqrasiya edərək, "Holcim"in qlobal xalis sıfır yolunda əhəmiyyətli addım atırıq və eyni zamanda milli davamlı inkişaf hədəflərini də dəstəkləyirik."
"SOCAR Green"in baş direktoru Elmir Musayev də əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Holcim Azerbaijan" ilə imzaladığımız Anlaşma Memorandumu, tikinti sektorunda daha yaşıl enerji həllərinin təşviqində əhəmiyyətli bir mərhələdir. Birlikdə "SOCAR Green"in strateji prioritetləri ilə tam uyğun olan davamlı inkişafı irəli aparmaq öhdəliyi daşıyırıq."
Davamlı tikinti sahəsində qlobal lider olan "Holcim"in Azərbaycanın bərpa olunan enerji keçidində lider mövqeyində dayanan "SOCAR Green" ilə tərəfdaşlığı, əməliyyatlarının ətraf mühitə təsirini azaltmağa sadiqliyini vurğulayır və Azərbaycanın daha davamlı, az karbonlu bir gələcəyə dair vizionuna uyğun gəlir. Birlikdə işləyərək, hər iki şirkət sənayedə əhəmiyyətli dəyişikliklər yaratmaq və Azərbaycanın və ondan kənarda davamlı bir gələcəyə töhfə vermək mövqeyindədir.
"Holcim" haqqında
"Holcim", 2023-cü ildə 27,0 milyard CHF xalis satışa malik olan innovativ və davamlı tikinti həlləri sahəsində qlobal liderdir. Bizim 63.448 əməkdaşımız bütün bölgələrimizdə insanlar və planet üçün inkişafı təmin etmək məqsədi ilə çalışır, hər kəs üçün yaşayış standartlarını yaxşılaşdırmağa töhfə verir. Müştərilərimizlə əməkdaşlıq edərək, davamlı tikinti materialları "ECOPact" və "ECOPlanet"dən dövriyyə texnologiyası "ECOCycle®"ə və "Elevate"in qabaqcıl dam örtüyü və izolyasiya sistemlərinə qədər ən geniş çeşiddə qabaqcıl həllər təklif edirik.
"SOCAR Green" haqqında
2024-cü ildə təsis edilmiş "SOCAR Green" ölkənin bərpa olunan enerji keçidinin önündə gedir. "SOCAR Green" günəş, külək və yaşıl hidrogen kimi genişmiqyaslı təmiz enerji təşəbbüslərinin həyata keçirilməsini təmin edir. Bərpa olunan enerji sahəsində beynəlxalq liderlərlə strateji tərəfdaşlıqlar vasitəsilə "SOCAR Green" Azərbaycanın milli iqlim hədəflərinə çatmasına və qlobal dayanıqlı inkişaf məqsədlərinə töhfə verməsinə dəstək olur.
Əlavə edək ki, dekarbonizasiya atmosferə karbon qazının (CO2) çıxarılmasının azaldılması üçün istifadə edilən termindir. Dekarbonizasiya aşağı karbonlu enerji mənbələrindən istifadəyə keçməklə əldə edilir.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
