Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bazar ertəsi günü beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü 1.0516 səviyyəsindən 1.0606 səviyyəsinə qədər artım göstərdi. GBPUSD cütlüyü eyni dövr ərzində 1.2604 həddindən 1.2686 həddinə qədər bahalaşdı. USD/JPY cütlüyü isə dünən 155.330 səviyyəsinə qədər bahalaşsa da, bugün artıq 153.950 səviyyəsinə qədər ucuzlaşıb.
Qızılın qiyməti ötən həftənin sonu başladığı artım tendensiyasını qoruyur. Dəyərli metal artıq 2620$ səviyyəsinin üzərində ticarət olunur. Neft qiymətləri 2.5%-dən çox bahalaşıb. Buna səbəb kimi ekspertlər ABŞ prezidenti Co Baydenin Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün “ATACMS” raketlərindən istifadə etməsinə icazə verdiyinə dair məlumatı qəbul edirlər. “Brent” markalı neftin bir barrel üzrə qiyməti 73.5$ səviyyəsinə qədər bahalaşıb.
Xüsusilə Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin açıqlamalarından sonra faiz dərəcəsi ilə bağlı narahatlıqlar investorlara təsir göstərməyə davam edir. Ötən həftə o, FED-in güclü iqtisadi artım və dayanıqlı əmək bazarı göstəriciləri fonunda faiz dərəcəsini azaltmağa "tələsmədiyini" söylədi. Hal-hazırda əksər investorlar FED-in dekabr iclasında uçot dərəcəsini 25 baza bəndi endirəcəyini proqnozlaşdırır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının sürücüsüz avtomobillərlə bağlı qaydaları yüngülləşdirə biləcəyi ilə bağlı mediada yayılan xəbərlər nəticəsində “Tesla”-nın səhmlərinin qiyməti 5.6% artıb. Oktyabr ayında “Tesla”-nın baş direktoru İlon Mask bildirib ki, şirkət 2026-cı ildə sürücü idarəetməsi olmayan “Cybercab” robotaksinin kütləvi istehsalına başlamağı planlaşdırır.
Bugün Bakı vaxtı ilə saat 14:00-da ABŞ-da inflyasiyaya dair məlumatlar açıqlanacaq. Analitiklərin proqnozlarına əsasən, oktyabr ayında göstərici aylıq ifadədə 0.3%, illik ifadədə isə 2% artıb. Həmçinin ölkənin tikinti sektoruna dair açıqlanacaq məlumatlar investorların diqqət mərkəzində olacaq digər xəbərlərdəndir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)


