Yük daşımalarını həyata keçirənlərin könüllü qaydada keçmiş tarixdən ƏDV qeydiyyatına alınması qaydası tənzimlənəcək
Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərin könüllü qaydada keçmiş tarixdən ƏDV qeydiyyatına alınması qaydası tənzimlənəcək.
Bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən ƏDV üzrə könüllü qeydiyyat həmin Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə qüvvəyə minir. Həmin maddənin müddəaları Vergi Məcəlləsinin 218.4.1-c maddəsində göstərilən şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir. İstisnanın səbəbi sərnişin və yükdaşıma ilə məşğul olan şəxslərin fərqlənmə nişanı alaraq fəaliyyət göstərmələri və vergini dövriyyəsinə görə deyil, standart məbləğdə ödəmələridir.
Lakin 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən "Fərqlənmə nişanı"nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd edilən öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada yerinə yetirilir. Yəni həmin şəxslərin ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olarsa, onlar 2% dərəcə ilə sadələşdirilmiş verginin, həmin həddən yuxarı olarsa isə mənfəət (gəlir) və ƏDV-nin ödəyicisi olmalıdırlar. Bu səbəbdən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə dəqiqləşdirici xarakterli dəyişiklik təklif edilir. Başqa sözlə, bu tələb 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilməyəcək, 2024-cü il yanvarın 1-dən Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq ediləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
43 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir


















.jpg)





