Xalq Bank ağacəkmə aksiyası təşkil etdi
(®) Xalq Bank Korporativ sosial məsuliyyət istiqamətində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirir.
28 noyabr tarixdə Xalq Bankın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Bu təşəbbüs, Bankın 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası üzrə sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq həyata keçirilmişdir.
Aksiyanın məqsədi ekosistemin qorunmasına töhfə vermək, təbiətə qarşı məsuliyyətli yanaşmanı təşviq etmək və gələcək nəsillər üçün yaşıl və sağlam bir mühitin təmin edilməsində iştirak etməkdir. Aksiyada iştirak edən Bankın rəhbər heyəti və əməkdaşları Eldar şamı və zeytun ağacları tingləri əkməklə bu ekoloji təşəbbüsə dəstək oldular.
Xatırladaq ki, Xalq Bank əvvəlki illərdə də ölkədə keçirilən ağacəkmə aksiyalarında fəal iştirak edərək ətraf mühitin qorunmasına və yaşıl gələcəyin qurulmasına töhfə vermişdir. Həmçinin 2022-ci ildə Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində məhv olmuş ərazilərin bərpa edilməsi üçün 25000 ədəd ağacın əkilməsində dəstək olmuş və layihədə Mersin ərazisində ümumi sahəsi 16 hektar olan “Xalq Bank Kardeşlik Hatıra Ormanı” salınmışdır.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 4 d. əvvəl
- 28 d. əvvəl
-
37 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
41 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
59 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı




















.jpg)
