Ümumi yığıncağın məsafədən keçirilməsi və səs verməsi üçün sistem istifadəyə verildi
Milli Depozit Mərkəzi (MDM) Azərbaycanda ilk dəfə səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin səs verməsi üçün elektron sistemi (E-vote) istifadəyə velib.
Bu barədə MDM məlumat yayıb.
Məlumata görə, yığıncağın tarixi, yeri və gündəliyi ilə tanışlıq qaydasına dair məlumatlar Mərkəzin yaratdığı İnvestor Portalında (https://invp.e-mdm.gov.az) elektron formada yerləşdirilib. Səhmdarlar şəxsi kabinetlərinə daxil olaraq bu məlumatlara tanış ola, elektron səsvermə imkanından istifadə edə bilər.
Yeni xidmət yığıncaqların məsafədən təşkil edilməsinə, bildirişlərin və gündəlikdəki məsələlərlə bağlı məlumatların vaxtında səhmdarlara çatdırılmasına imkan verir. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə hüquqlarını qoruya, elektron səsvermədə iştirak edə bilər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi, səhmdar hüquqlarının qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"E-vote" MDM-in “2024-2026-cı illər üzrə inkişaf Strategiyası”na uyğun olaraq yaradılıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























