Neft bazarı mühüm qərarı gözləyir
Brent markalı neft 72 dollar səviyyələrində ticarət olunur. İnvestorlar bu gün OPEC+ qrupunun gələn ilin 1-ci rübündə hasilatı ilə bağlı qərarını gözləyirlər. Dünyanın ən böyük neft istehsalçılarının daxil olduğu OPEC+ qrupunun, gələn ilin birinci rübünün sonuna qədər tədarükün azaldılmasını davam etdirəcəyi gözlənilir.
Bakı vaxtı ilə saat 11:50-yə olan məlumata görə, beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 72,39 dollara satılır.
Marja xəbər verir ki, ötən gün 74,13 dollara kimi bahalaşan Brent markalı neftin bir barelinin qiyməti günü 72,44 dollarla başa vurub. West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 68,55 dollara satılır.
Neftin qiymətinin enməsinə dünyanın ən böyük neft idxal edən ölkəsi olan Çində iqtisadi yavaşlamanın tələbi azaldacağı ilə bağlı narahatlıq təsir edir.
Çin iqtisadiyyatı bu ilin 9 ayında 4,8 faiz böyüyərək, hökumətin ilin sonunda "təxminən 5 faiz" olan artım hədəfini tam yerinə yetirməyib.
Çində xidmət sektorunda fəaliyyətin barometri hesab edilən Ümumi Xidmətlərin Satınalma Menecerləri İndeksi (PMI), oktyabr ayında bərpa olunduqdan sonra noyabr ayında yenidən yavaşlamağa işarə edib. İndeks noyabrda əvvəlki ayla müqayisədə 0,5 bənd azalıb. Milli Statistika Bürosu (UIB) tərəfindən açıqlanan qeyri-istehsal PMI indeksi daxilində xidmətlər alt indeksi noyabr ayında əvvəlki ayla müqayisədə dəyişməyərək 50,1 səviyyəsində sabit qalıb.
Ekspertlər bildirirlər ki, ölkədə zəif daxili tələb və deflyasiya tendensiyası iqtisadi artıma mənfi təsir göstərməkdə davam edir.
ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektorunun Satınalma Menecerləri İndeksi (PMI) noyabrda aylıq müqayisədə 3,9 bənd azalaraq, bazar gözləntilərindən aşağı olmaqla 52,1-ə düşüb. Oktyabrda ölkədə zavod sifarişləri proqnozdan aşağı olmaqla 0,2 faiz artıb. Dünyada ən çox neft istehlak edən ABŞ-da iqtisadi yavaşlama ilə bağlı narahatlıq qiymətlərə təzyiq göstərir.
ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təxminən 1 milyon 400 min barrel, benzin ehtiyatları isə təxminən 2 milyon 400 min barrel artıb. Ölkədə ehtiyatların artması neftin qiymətinin aşağı düşməsinə dəstək verir və tələbin yavaşladığını göstərir.
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell-in (Cerom Pauell) ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu və bunun onlara faiz dərəcələrini azaltmaq üçün imkan təmin etdiyini qeyd etməsi qiymətlər üzərindəki təzyiqi azaldır.
Pauellin çıxışından sonra bankın bu ay faiz dərəcələrini aşağı salacağı ehtimalı daha da güclənib. FED-in dekabrın 18-də keçiriləcək iclasında 78 faiz ehtimalla faizini 0,25 faiz bəndi azaldacağı proqnozlaşdırılır.
OPEC+ İCLASI
İnvestorlar bu gün OPEC+ qrupunun gələn il hasilatı ilə bağlı qərarını gözləyirlər. Dünyanın ən böyük neft istehsalçılarının daxil olduğu OPEC+ qrupunun, gələn ilin birinci rübünün sonuna qədər hasilatın azaldılmasını davam etdirəcəyi gözlənilir.
Bildirilir ki, texniki olaraq Brent neftində 74,45 dollar müqavimət, 70,77 dollar isə dəstək olaraq götürülə bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
2 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 8 saat əvvəl
-
22 saat əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
1 gün əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
1 gün əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
1 gün əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
1 gün əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
1 gün əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb
