Azərbaycanda fəaliyyət göstərən Həştərxan İş Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib
Azərbaycanda fəaliyyət göstərən Həştərxan İş Mərkəzi əldə etdiyi yüksək nəticələrini və il ərzində göstərdiyi fəaliyyətin yekunlarını açıqlayıb.
Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən işgüzar görüş zamanı mərkəzin Baş direktoru Fuad Hüseynov Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə mərkəzin 2024-cü il ərzində gördüyü işlər barədə məlumat verib.
“Uzun illər boyunca Azərbaycan Respublikası bizim bölgəmizin aparıcı tərəfdaşıdır. Biz çoxşaxəli qarşılıqlı əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Tərəfdaşlığımızın möhkəmləndirilməsində bir-biri ilə sıx əməkdaşlıq edən iş mərkəzlərimiz xüsusi rol oynayır” – deyə bildirən İqor Babuşkin iş mərkəzlərində 100-dən çox müxtəlif konfransların, tədbirlərin və biznes görüşlərinin keçirildiyini qeyd edib.
Həştərxan İş Mərkəzinin Baş direktoru Fuad Hüseynovun sözlərinə görə, 2024-cü il ərzində mərkəzdə 70-dən yuxarı iri biznes şirkətləri ilə tərəfdaşlıq qurulub: “Mərkəzimizin əsas məqsədi hər iki ölkədən olan bizneslərin səmərəli əməkdaşlığına zəmin yaratmaq və ölkələrimiz arasındakı işgüzar əlaqələrə töhfə verməkdir.”
Görüşün sonunda Həştərxan İş Mərkəzinin Baş direktoru “Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı əməkdaşlığa böyük töhfələrinə görə” Həştərxan vilayətinin qubernatoru adından “Təşəkkür məktubu”na layiq görülüb.
Azərbaycanda fəaliyyət göstərən Həştərxan İş Mərkəzi Rusiya Federasiyasının Həştərxan vilayətindəki Azərbaycan İş Mərkəzi ilə tərəfdaşdır. Hər iki mərkəz Azərbaycan və Rusiyadan olan iş adamlarının faydalı əməkdaşlıq qurması istiqamətində fəaliyyət göstərir.
Ətraflı:astrakhangroup.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


