"Aztech" mağazasının 5 yaşı qeyd edildi
10 Dekabr 2024-cü il tarixində "JW Marriott Absheron Baku"da kompüter və bank avadanlığı üzrə əsas distribyutorlardan biri olan “Azerbaijan Technologies” şirkəti "Aztech" mağazasının 5 yaşını qeyd edib. Tədbirdə Şirkətin müştəriləri, tərəfdaşları və əməkdaşları iştirak ediblər.
Marja.az xəbər verir ki, tədbirin rəsmi hissəsində “Azerbaijan Technologies” şirkətinin Baş direktoru Zülfüqar Babayev çıxış edib.
O qeyd edib ki, rəhbərlik etdiyi şirkət 1998-ci ildən, Şirkətə məxsus "Aztech" mağazası isə 2019-cu ildən fəaliyyət göstərir:
"Biz 26 il öncə mağaza kimi fəaliyyətə başlamışdıq. Lakin çox uğursuz alındı, bir il sonra bağlandı. Sual olarsa "nə üçün uğrsuz alındı?", sadəcə bunu qeyd edib ki, 1998-ci ilin avqust ayında neftin barelinin qiyməti 8 dollar idi. Daha sonra korporativ, layihə satışlarına fokuslandıq. Yaxşı bir məhsul yetişdirmək üçün vaxt lazımdır. 20 ildən artıq hazırlıq işlərindən sonra, həm də ölkədə iqtisadi vəziyyət dəyişdiyindən və təcrübəmiz artdığından 2019-cu ildə qərara gəldik ki, "Aztech" mağazası açılsın. Bu layihəmiz çox uğurlu alınıb".
Tədbirdə qeyd edilib ki, "Azerbaijan Technologies” şirkəti 2014-cü ildən Qazaxıstan və Qırğızıstanda da fəaliyyət göstərir.
Naliyyətlər haqqında məlumat verilərək bildirilib ki, indiyədək "Azerbaijan Technologies” şirkəti tərəfindən 150 min ədəd kompüter satılmış, şirkətin avadanlıqları ilə 90 milyon ədəd bank kartı, Qazaxıstanda 2 milyon ədəd pasport buraxılmışdır.
Rəsmi hissədən sonra tədbir musiqli-əyləncəli hissə ilə davam edib.
Əlavə edək ki, “Azerbaijan Technologies” şirkəti ASUS, Lenovo, MSI, Entrust, Thales kimi şirkətlərin rəsmi tərəfdaşıdır. Şirkətin "Aztech" mağazası Bakı, 28 May küçəsi 15 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























