Azərbaycanda istiqraz faizi daha da yüksəldi - Kredit təşkilatı 17%-lə 5 milyon borc alır
"Kredit Evi" ASC istiqraz buraxılışı yolu ilə 5 milyon manat cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, lombard təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd faizli, təmin edilməmiş, sənədli və adlı istiqraz buraxır.
Tədavül müddəti 5 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 17%-dir.
Buraxılış üzrə ödənilməli olan faizlər hər 30 gündən bir ödəniləcəkdir.
15.03.2017 tarixində "Kredit Evi" MMC dövlət qeydiyyatına alınmışdır, 07.09.2023-cü ildən isə "Kredit Evi" ASC-çevirilmişdir. "Kredit Evi" ASC-nin əsas fəaliyyət növü qızıl-zinət əşiyaları, telefon, planşet, kompüter, avtomobil girovu ilə kreditləşmə və avtomobil lizinqini həyata keçirməkdir. Hal - hazırda şirkətin 34 filialı fəaliyyət göstərir. Bu filiallardan 6-sı Bakı şəhərində, 1-i Sumqayıtda, 27-i isə regionlardadır.
"Kredit Evi" ASC-nin səhmdarları Hüseynov Kazım Hətəmxan oğlu və Əzizov Səbuhi Məmmədsani oğludur.
Qeyd edək ki, "Kredit Evi" ASC-nin kapital bazarından 17 faizlə vəsait cəlb etməsi diqqəti çəkir. İndiyədək bir sıra təşkilatlar 14-16 faizlə borclanırdı.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















