Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün dərc olunmuş məlumatlar fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Cari həftənin əvvəlindən EUR/USD valyuta cütlüyü 1.0474 səviyyəsindən 1.0534 səviyyəsinə qədər bahalaşsa da, bugün səhər saatlarında 1.0506 səviyyəsinə qədər eniş sərgiləyib. Qızılın qiyməti eniş tendensiyasını davam etdirir. Dəyərli metal 2644$-a qədər ucuzlaşandan bir qədər bahalaşıb və 2650$ səviyyəsində qərarlaşıb.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayı ilə müqayisədə dekabr ayında 49.7 bənd səviyyəsindən 48.3 bənd səviyyəsinə qədər enib. Xidmət sektoru üzrə açıqlanan PMI göstəricisi proqnozları üstələyib. Belə ki, indeks 56.1 bənddən 58.5 bəndədək yüksəlib. Bu dövrdə 38 ayın ən yüksək səviyyəsini qeyd edən və bazar gözləntilərinin üzərində olan indeksin 55.7 bəndə çatacağı təxmin edilirdi.
Həmçinin, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, ilkin məlumatlara görə, noyabr ayında olduğu kimi, dekabr ayında da 45.2 bənd təşkil edib. Analitiklər göstəricinin 45.3 bənd səviyyəsinədək yüksələcəyini proqnoz etmişdilər. Birliyin xidmət sektorunda PMI isə 49.5 bənddən 51.4 bəndədək yüksəlib. Almaniyanın sənaye sektorunda PMI noyabr ayı ilə müqayisədə dekabr ayında 43 bənd səviyyəsindən 42.5 bənd səviyyəsinə qədər geriləyib. Xidmət sektorunda isə PMI indeksinin 49.3 bənddən 49.5 bəndədək yüksələcəyi ehtimal olunsa da, göstərici proqnozları üstələyib və 51 bənd səviyyəsində dərc olunub.
Bazar ertəsi günü “Bitcoin” 107810$ səviyyəsinə qədər bahalaşaraq yeni tarixi rekordunu təyin edib. Analitiklərin fikrincə, məzənnə Donald Trump administrasiyasının rəhbərliyi altında əlverişli kriptovalyuta siyasətinin proqnozları ilə dəstəklənir. Verilən məlumatlara əsasən, onun ABŞ prezidenti seçilməsindən sonra “Bitcoin ETF”-ləri 9.3 milyard dollar vəsait cəlb edə biliblər.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və saat 18:15-də açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir. Eləcə də, bugün Böyük Britaniyada İşsizlik Səviyyəsi, Almaniyada “IFO” Biznes Mühiti İndeksi, Avrozonada Ticarət Saldosu və Kanadada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlaanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
6 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
7 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
7 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb





















