Yerli avtomobil sənayesinin canlanması üçün vergi güzəştləri veriləcək
Yerli avtobus istehsalçılarına vergi güzəştlərinin verilməsi nəticəsində avtomobil sənayesinin canlanması və iqtisadiyyata əlavə investisiyaların cəlb olunması hədəflənir“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə III oxunuşda qəbul edilib.
Dövlət vergi Xidmətinin əməkdaşı Elxan İsayev bildirib ki, Vergi qanunvericiliyində biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində nəzərdə tutulan mühüm dəyişikliklərdən biri ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması mәqsәdilә ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Eyni zamanda, ölkədə avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır.
Hazırda Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolma ölkə ərazisində avtobus istehsalına da şamil edilir. Belə ki, qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Beləliklə, yerli avtobus istehsalçılarına vergi güzəştlərinin verilməsi nəticəsində avtomobil sənayesinin canlanması və iqtisadiyyata əlavə investisiyaların cəlb olunması hədəflənir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 32 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























