Naxçıvanda qanunvericilik normalarına zidd olaraq təsdiqlənmiş 94 hüquqi akt ləğv edilib
"2023-cü ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Ali Məhkəmədə kadr islahatları aparılıb. Artıq muxtar respublikada vaxtilə hüquqları pozulmuş vətəndaşların müraciətlərinə məhkəmələr tərəfindən ədalətli formada baxılır".
Bu sözləri Naxçıvanda keçirilən “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktik konfransda çıxışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə və 2024-cü ilin 11 ayında vaxtilə hüquqları pozulmuş sakinlər tərəfindən kompensasiya tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına 1308 iş daxil olub, onlardan 683 iş üzrə iddia tələbi cavabdeh orqanlar tərəfindən təmin edildiyindən, 258 iş iddiaçılar tərəfindən iddia ərizələri geri götürüldüyündən icraatına xitam verilib, 66 iş mülkiyyət sənədləri olmadığından mümkün sayılmayıb, 301 iş isə hazırda icraatdadır.
Səlahiyyətli nümayəndə deyib: “Bir faktı da diqqətə çatdırmaq istəyirəm ki, ötən 2 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri tərəfindən qəbul edilmiş 106 hüquqi akta əsasən, vaxtilə qanunvericilik normalarına zidd olaraq təsdiq edilmiş 94 hüquqi akt ləğv edilib, 135 hüquqi aktda isə dəyişikliklər aparılıb.”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu






















