Yeni zavod tikiləcək: İllik 28-30 min ton almadan istifadə edəcək
Azərbaycanda ilk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC-nin 4 hektar ərazidə yerləşəcək zavodunun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Ölkədə ilk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC artıq dövlət qeydiyyatına alınıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaydığı məlumatda bildirilir ki, KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək.
4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur.
Artıq KOB klaster şirkətinin 10 iştirakçısı müəyyənləşdirilib. KOB klaster şirkətinin iştirakçılarının sayının artması nəzərdə tutulur. Bunun üçün Quba və ətraf rayonlarda fəaliyyət göstərən təsərrüfat sahibləri şirkətə müraciət edə bilərlər.
KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması və funksional xəritəsinin hazırlanması, KOB klasterinin iştirakçılarının tapılması, KOB klasterinin qeydiyyata alınması istiqamətində müvafiq dəstək göstərilib.
KOB klaster şirkətinin fəaliyyətə başlaması ilə ölkəmizdə alkoqolsuz içkilərin istehsalında istifadə edilən təbii meyvə konsentratı istehsalı sahəsində idxaldan asılılığın azalması, bu sahədə ixrac imkanlarının artması, Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən bağlarda və həyətyanı təsərrüfatlarda yetişdirilən meyvələrin satılması ilə bağlı çətinliyin aradan qalxması proqnozlaşdırılır.
Gələcəkdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. İlk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC bu güzətlərdən yararlanacaq. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olunub. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad ediləcəkdir.
“Bakı KOB evi”ndə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Frutena KOB klaster şirkəti” MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüş çərçivəsində şirkətə KOB klaster şəhadətnaməsi təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 17 d. əvvəl
-
20 d. əvvəl
AccessBank Elm və Təhsil Nazirliyi ilə birgə Müəllimlər Gününü qeyd etdi
-
9 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
9 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
