Naxçıvanda istehsal olunan məhsullar 10-dan çox ölkəyə ixrac olunub
2024-cü il üzrə Naxçıvanda ÜDM həcmi 1 milyard 441 milyon manat proqnozlaşdırılmışdır ki, həmin ilin 11 ayı ərzində bu göstərici faktiki olaraq 1 milyard 365 milyon manat təşkil edib.
Bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
O bildiirb ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirliyinin təhlininə əsasən 2024-cü il üzrə ümumi daxili məhsulun həcmi bir milyard 441 milyon manat proqnazlaşdırılmışdır ki, həmin ilin 11 ayı ərzində bu göstərici faktiki olaraq 1 milyard 365 milyon manat təşkil etmişdi. 2025-ci il üzrə ümumi daxili məhsulun həcmi 1,5 milyard manat proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının Sosial İqtisadi İnkişaf proqnozlarına əsasən 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2025-ci ildə ümumi daxili məhsulun strukturunda bütün sahələrdə artım nəzərdə tutulub. Əsas artımlar sənaye məhsulu üzrə 3,7 faiz, kənd təsərrüfatı məhsulu üzrə 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti quraşdırma işləri üzrə 10,5 faiz artım proqnozlaşdırılıb.
Nazir müavini onu da bildirib ki, Naxçıvanda istehsal olunan məhsulların ixrac coğrafiyası genişlənib, il ərzində verilmiş 60 mənşəə sertifikatı əsasında muxtar respublikada istehsal edilmiş məhsullar 10-dan çox ölkəyə ixrac olunub. 2024-cü ildə sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Sahibkarlığı İnkişafı fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit trəşkilatlarının sayı 2 dəfə artırılaraq 6 ya çatdırılıb. Bu istiqamətdə 3 yeni kredit təşkilatı ilə işlər davam etdirilir. Fond tərəfindən 2024-cü ilin 11 ayında maliyələşdirilmiş 2,8 milyon manat kreditin 12,7 faizini kiçik, 15 faizini orta və 72,3 faizini böyük həcmli kreditlər təşkil edib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb

















.jpg)



