Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib, alışı və satışı başlayıb
"Mobile Payment Solutions" MMC şirkəti (Portmanat brendi) “PortCoin” adlı kriptovalyutasını yaratdığını açıqlayıb.
Marja.az Şirkətin məlumatına istinadən xəbər verir ki, “PortCoin” kriptovalyutası “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı "Portmant" istifadəçilərinin sərəncamına verilib.
PortCoin (PTC) rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılımışdır və bununla əlaqədar 15 yanvar 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində Baku Blockchain Meetup 2025 və Portcoin Kriptovalyutanın Təqdimatı keçiriləcəkdir.
"Mobile Payment Solutions" MMC Mərkəzi Bank tərəfindən 8 iyul 2024-cü il tarixində verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir.
PortCoin, Azərbaycan Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçiriləcək blokçeyn əsaslı kripto-aktivdir. Platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitləri rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir.
Xüsusiyyətlər:
1. Blokçeyn texnologiyası: Binance Smart Chain (BSC) üzərində BEP-20 standartı.
2. Sadə əməliyyatlar:
- Portmanat hesabı ilə kriptovalyutaları al, sat və AZN-ə çevir.
- Digər PTC hesabları arasında köçürmələr.
“PortCoin” kriptovalyutasının alışı və satışı üçün “Portmanat” tətbiqini yükləmək, qeydiyyatdan keçək və ASAN Sima ilə təsdiqləmək tələb olunur. Bu addımlardan sonra PTC adresi yaradılmalıdır.
PTC adresi yaratmaq üçün aşağıdakı şərtləri mütləq yerinə yetirməyiniz vacibdir:
1. SIMA ilə təsdiq: Hesabınızı Limitlər və imkanlar bölməsindən SIMA vasitəsilə təsdiq etməlisiniz.
2. İki addımlı doğrulama: Təhlükəsizlik bölməsindən Google 2 faktorlu təsdiqləmə funksiyasını aktiv etməlisiniz.
Portcoin əməliyyatları üçün aşağıdakı limitlər tətbiq olunur:
* PTC 1 aylıq alış limiti: 1000 AZN.
* PTC 6 aylıq alış limiti: 5000 AZN.
* PTC 1 aylıq satış limiti: 1000 AZN.
* PTC 6 aylıq satış limiti: 5000 AZN.
Ətraflı: portcoin.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















