2024-cü ildə "Expressbank"ın əməliyyat mənfəəti artıb
"Expressbank" ASC 2024-cü ili 11 milyon 237 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 12 milyon 15 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 778 min manat və ya 6,5% azalıb. Xalis mənfətdəki azalma mümkün zərərlər üçün yaradılan məsədli ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. Ötən il Bankın faiz, qeyri-faiz gəlirləri və əməliyyat mənfəəti artıb. "Expressbank" 2024-cü ili 20 milyon 471 min manat əməliyyat mənfəətilə bağlayıb (2023-də 18 milyon 543 min manat).
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadə xəbər verir ki, 2024-cü ildə “Expresbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 12 milyon 480 min manat və ya 16,3 % artaraq 89 milyon 111 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 10 milyon 552 min manat və ya 18,2 % artaraq 68 milyon 639 min manat təşkil edib.
Gəlirlərdəki artım xərclərdəki artımdan 1 milyon 928 min manat daha çox olduğu üçün, Bankın əməliyyat mənfəəti bir o qədər də artaraq 20 milyon 471 min manat olub.
BANK DAHA DA BÖYÜYÜB
2024-cü ildə “Expresbank”ın cəmi aktivləri 59 milyon 933 min manat və ya 10,7 % artaraq 620 milyon 161 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilən kreditlər) 92 milyon 707 min manat və ya 22,6% artaraq 501 milyon 960 min manata çatıb.
2024-cü ildə “Expresbank”ın depozit portfeli 31 milyon 680 min manat və ya 13,7% artaraq 262 milyon 91 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
31 dekabr 2024-cü il tarixində “Expresbank”ASC 136 milyon 999 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 127 milyon 825 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
33 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
37 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)





.jpg)







