Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqləndi
Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti, Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.
Nazirlər Kabineti dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini 9 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat təqdim etməli, dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Prezident tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) bu Fərmanda nəzərdə tutulmuş illik planın icrasına nəzarəti həyata keçirməli, rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını 5 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-nə qədər Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməli, Prezidentin və Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görməli, Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.
Dövlət orqanlarına (qurumlarına) tapşırılsın, Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, Konsepsiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər, elektron xidmətlərdən istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər, ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin icrasına dair illik planın hazırlanmasını, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin etsinlər, informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə son istifadəçi kompüterlərini Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş, mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan lisenziyalı əməliyyat sistemləri və ofis proqramları ilə təmin etsinlər.
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
8 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)




.jpg)




