Azərbaycan “Franklin Templeton” ilə əməkdaşlıq imkanlarını araşdırır
Azərbaycan dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “Franklin Templeton” ilə əməkdaşlıq və investisiya xidmətləri sahəsində müxtəlif imkanları aktiv şəkildə araşdırır.
Hazırda “Franklin Templeton” ilə sıx əlaqələr qurulub və mütəmadi danışıqlar aparılır. Əməkdaşlıq perspektivləri və yeni imkanlar Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı şirkətin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə müzakirə edilib.
Bundan əlavə, C. Consonun rəhbərlik etdiyi nümayəndə heyəti ötən ilin 12-15 noyabr tarixlərində Bakıda keçirilən COP29 tədbirlərində iştirak məqsədilə ölkəyə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi ilə bir sıra görüşlər keçirib və əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparıb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Cenni Consonu qəbul edib. Görüşdə “Franklin Templeton” şirkətinin ARDNF ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq qurmaq üçün ilkin addımların atıldığı və strateji əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırıldığı vurğulanıb.
Qeyd edək ki, 1947-ci ildə ABŞ-ın Nyu-York şəhərində təsis edilən “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabr ayına olan məlumata əsasən, idarə etdiyi aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. Şirkətlər qrupu səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış müxtəlif biznes qurumlarını əhatə edir.
Şirkətin səhmlərinin 60 %-i Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 %-i isə təsisçi Conson ailəsinə məxsusdur. Conson ailəsinin ümumi şəxsi sərvəti 10,5 milyard ABŞ dolları təşkil edir (“Forbes”, 2 avqust 2024).
Hal-hazırda “Franklin Templeton”un prezidenti və baş icraçı direktoru olan Cenni Consonun 35 illik karyerası ərzində şirkətin qlobal investisiya sahəsində liderlərdən birinə çevrilməsində mühüm rolu olub. 2020-ci ilin fevralında bu vəzifəyə təyin edilməzdən əvvəl şirkətdə müxtəlif rəhbər vəzifələr tutan C. Conson, “Franklin Templeton”un təsisçisi Rupert Consonun nəvəsi olmaqla, şirkətin 1947-ci ildən bəri Conson ailəsindən olan dördüncü rəhbəridir.
Cenni Conson 2022-ci və 2023-cü illərdə “Forbes” jurnalının “Dünyanın 100 ən güclü qadını” və 2022-ci ildə “50 Over 50” siyahılarına daxil edilib. O, ardıcıl beş il ABŞ-nin maliyyə sahəsində nüfuzlu “Barron’s” nəşrinin “ABŞ-da maliyyə üzrə 100 güclü qadın” siyahısında yer alıb.
Cenni Conson, həmçinin, bir sıra nüfuzlu təşkilat və ictimai qurumlarda aktiv iştirak edir. O, Singapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin üzvü, Nyu-York Fond Birjasının Məşvərət Şurasının üzvü, Memorial Sloan Ketterinq xərçəng xəstəlikləri fondu və Thermo Fisher Scientific şirkətinin müşahidə şuralarının üzvü kimi fəaliyyət göstərir.
© “Report”
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 15 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
3 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İranda dolların qiymətində yeni rekord
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















