Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb
2025-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 312,1 min nəfər olmuş, onlardan 5 milyon 29,8 min nəfərini məşğul əhali, 282,3 min nəfərini işsiz əhali təşkil etmişdir.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 775,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,4 min nəfər, qeyri-dövlət sektorunda isə 890,9 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,7 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə və incəsənət, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.
2025-ci il yanvar ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 217,2 min nəfər olmuş, onların 47,6 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 394,9 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)







