Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2025-ci ilin ilk maraqla gözlənilən faiz qərarını açıqlayıb. Ötən ilin dekabr ayında pul siyasəti faizini (uçot dərəcəsi) 2,50 bənd azaldaraq 47,50 faizə endirən Mərkəzi Bank, 2025-ci ilin ilk iclasında da faiz dərəcəsini daha 2,50 bənd azaldaraq 45 faizə endirib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2025-ci ilin ilk faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi ki, TCMB-nin İdarə Heyətinin qərarı ilə faiz dərəcəsi 2,50 faiz bəndi də azaldılaraq 45 faiz müəyyən edilib.
Keçən ay keçirilən toplantıda TCMB faiz dərəcəsini 2,50 faiz bəndi azalaraq 50 faizdən 47,50 faizə endirmişdir.
Mərkəzi Bankın press-relizində bildirilir:
"Dekabr ayında inflyasiyanın əsas tendensiyası azalsa da, əsas məlumatlar yanvar ayında proqnozlara uyğun artıma işarə edir. Lakin əsas malların inflyasiyası nisbətən aşağı olaraq qalır.
Pul siyasətində qətiyyətli mövqe, saxili tələbin tarazlaşdırılması, türk lirəsinin real bahalaşması və inflyasiya gözləntilərinin yaxşılaşması dezinflyasiya prosesini gücləndirir. Fiskal siyasətin koordinasiyasının artırılması da bu prosesə əhəmiyyətli töhfə verəcək. Sərt pul siyasəti mövqeyi inflyasiyanın daimi azalmasına və qiymət sabitliyinə nail olunana qədər davam etdiriləcək. İdarə Heyəti qərarlarını ehtiyatlı və iclasa əsaslanan bir yanaşma ilə verəcəkdir. İnflyasiyanın əhəmiyyətli və daimi pisləşməsi proqnozlaşdırılarsa, pul siyasəti alətlərindən səmərəli istifadə ediləcək.
İdarə Heyəti inflyasiyanın əsas tendensiyasını azaldacaq və monetar sərtləşdirmənin gecikmiş təsirlərini nəzərə alaraq inflyasiyanı orta müddətli dövrdə 5 faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə siyasət qərarlarını müəyyən edəcək . Bu baxımdan bütün pul siyasəti alətlərindən qətiyyətlə istifadə olunacaqdır"
Bakı vaxtı ilə saat 15:00-da Dollar/TL məzənnəsi 35,66 lirə səviyyəsində olub.
Türkiyə 2023-cü ilin mayında keçirilən Prezident və Parlament Seçkilərindən sonra iqtisadiyyatda ortodoks siyasətə qayıdıb. Ölkənin iqtisadi komandası yüksək inflyasiyaya nəzarət etmək üçün sərt pul siyasəti həyata keçirməyə başlamış, TCMB faizini 2023-cü ilin may ayında 8,5 faizdən 15 faizə yüksəltmişdi. Sonrakı aylarda faiz dərəcəsini müvafiq olaraq 17 faizə, 25 faizə, 30 faizə, 35 faizə, 40 faizə, 42,50 faizə və 45 faizə çatdıran Mərkəzi Bank, 2023-cü ilin mart ayında faizini 50 faiz müəyyən etmişdi. 2024-cü ilin dekabrına qədər TCMB faizini 50 faizdə sabit saxlamışdı.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 13 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
21 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)


.jpg)










