Azərbaycandan Macarıstana ixrac missiyası təşkil olunacaq
İqtisadiyyat Nazirliyi Macarıstanın paytaxtı Budapeştə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
Missiya 1-4 oktyabr tarixlərində reallaşdırılacaq.
Proses iqtisadiyyatın aşağıdakı sahələrini əhatə edəcək:
- Meyvə-tərəvəz;
- Təbii mineral sular;
- Meyvə şirələri;
- Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları;
- Şərab və digər spirtli içkilər;Bal və baldan hazırlanan məhsullar;
- Çay məhsulları;
- Fındıq məhsulları;
- Mineral sular;
- Kimya sənayesi məhsulları;
- Mebel və ev əşyaları;
- Tekstil;
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçısı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Müsabiqə İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında bu ayın 20-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları aşağıdakılardır:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 (beş) bal;
Meyarların cəmi üzrə minimum keçid balı 20 baldır.
İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə;
- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər sentyabrın 10-na qədər Bakı Biznes Mərkəzinə (Bakı şəhəri, Səbail rayonu, , Neftçilər prospekti, 32 ünvanına) təqdim olunmalıdır.
Əlavə məlumat əldə etmək üçün [email protected] elektron poçt ünvanına yazmaq və yaxud əlaqələndirici şəxsə - Fuad Cəfərova (tel: (012) 598 01 47 / 48 (daxili 141)) müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























