Morgan Stanley FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı proqnozunu yeniləyib
Morgan Stanley, prezident Donald Trampın tarif siyasəti ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək, FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı gözləntilərini aşağı salıb.Qlobal investisiya bankı "Morgan Stanley", ABŞ prezidenti Donald Trampın tarif siyasəti (bir sıra ölkələrdən idxala əlavə gömrük rüsumlarının tətbiqi) ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək, bu il FED tərəfindən faizlərin yalnız 0,25 bənd azaldacağını nəzərdə tutur. Beləliklə, "Morgan Stanley" faiz endiriminin proqnozlaşdırılmasında "Barclays və "Macquarie"yə qoşulub.
Marja xəbər verir ki, "Wall Street" brokeri olan "Morgan Stanley" daha əvvəl mart və iyun aylarında hər birində olmaqla 0,25 bəndlik (cəmi 0,50 faiz bəndi) faiz endirimi gözlədiyini bildirmişdi.
"Goldman Sachs" və "Wells Fargo" kimi banklar isə bu il iki dəfə faiz endirimi gözləməkdə davam edirlər.
İnflyasiya ilə bağlı risklər artır
Prezident Trampın tarif (gömrük rüsumu) siyasətinin inflyasiyanı artıracağı gözlənilir. Bu baş verərsə, ABŞ mərkəzi bankı (FED) inflyasiya təzyiqlərini azaltmağa çalışdığı bir dövrdə, əlavə bir təzyiq yaranacaqdır.
"Morgan Stanley" analitikləri bildiriblər: "Gözlədiyimizdən daha sürətli tariflərin tətbiqi inflyasiyanın daha yüksək tempdə artmasına səbəb ola bilər. Bu, nflyasiyası ilə bağlı qeyri-müəyyənliyi yüksək səviyyədə saxlayacaq və PCE inflyasiya riskini artıra bilər."
FED-in üstünlük verdiyi qiymət göstəricisi olan şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi dekabr ayında bazar gözləntilərinə uyğun olub.
Mərkəzi Bank olan FED yanvar ayında keçirilən iclasında faizlərini 4,25-4,50% aralığında sabit saxlayıb. FED sədri Jerome Powell faizlərin daha da azaldılmasının indi inadkar yüksək inflyasiyanın azaldılmasında daha çox irəliləyişdən asılı olduğunu söyləyib.
"2025-ci ildə pul siyasətinin yolu olduqca qeyri-müəyyən olaraq qalır", - "Morgan Stanley" analitikləri əlavə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
32 d. əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Ən çox oxunanlar
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı




















