Dolu arpa sahəsinə zərər vurdu, 24 min manat sığorta ödənişi aldı
Ağsu və İsmayıllı rayonlarında fermerlərə aqrar sığorta ödənişləri edilibAqrar Sığorta Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarında müxtəlif hadisələr nəticəsində baş vermiş zərərlərə görə ödənişlər həyata keçirilib.
Ağsu rayonunun Kəndoba kəndində fermer Bəhruz Nəbiyevə arpa əkini sahəsinə dolu yağıntısı nəticəsində dəymiş zərərə görə 24 min 41 manat sığorta ödənişi edilib. Eyni zamanda rayonun Abasxanlı kəndində eyni səbəbdən buğda sahəsinə dəymiş zərərə görə fermer Rasim Məmmədov 2 297 manat sığorta ödənilib.
İsmayıllı rayonunda da təbiət hadisələrindən zərər çəkmiş sahələr üzrə sığorta ödənişləri davam edir. Rayonun Qubaxəlilli kəndində arpa sahəsinin bir hissəsi quşların hücumu nəticəsində məhv olduğuna görə fermer Nurəddin Əsədova 3 163 manat sığorta ödənişi edilib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Meyvə bağları, əkin sahələri, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək lazımdır.
Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı asf.gov.az rəsmi vebsaytından almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





