"Azərpoçt" rəhbəri universal poçt xidmətlərində tariflər məsələsinə aydınlıq gətirib
Qanunvericiliyə edilən son dəyişikliklərlə əlaqədar "Azərpoçt"un universal poçt xidmətləri üzrə tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunur.
Bunu bu gün keçirilən brifinqdə "Azərpoçt"un sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.
İ.Mustafayev bildirib ki, bu sahə üzrə tariflərin dəyişdirilməsi ilə bağlı konkret təkliflər yoxdur:
"Tariflərə sonuncu dəfə 2022-ci ildə düzəlişlər edilib. Tariflərə təsir göstərən faktorlar var. "Azərpoçt"un xərclərinin 60%-i əmək haqqı xərclərinin payına düşür. Dövlət tərəfindən minimum əmək haqqlarının qaldırılması, benzin qiymətlərinin artımı birbaşa poçt daşımaları xərclərinə təsir göstərən əsas amillərdəndir. Bu qiymətlərin qalxması maya dəyərinin də artmasına səbəb olur. Prinsip etibarilə hazırda 2025-ci il üçün universal poçt xidmətləri üzrə tariflərin dəyişdirilməsi ilə əlaqədar indiki halda konkret təkliflər yoxdur. Cari il ərzində təhlillər aparılacaq, əgər təhlillər göstərsə ki, maya dəyərinin kəskin artması bu istiqamət üzrə zərərimizin böyüməsinə səbəb olur, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşısında bu məsələ qaldırılacaq. Ancaq yekun qərarın verilməsi Nazirliyin Kollegiyasının səlahiyyətləri çərçivəsindədir".
"2022-ci ildə tarif dəyişikliyi ediləndə qiymətlər maya dəyəri ilə eyni səviyyədə idi. Amma ötən il də, bu ilin yanvar ayında da minimum əmək haqqının artımı baş verdi. Bundan əlavə benzin haqları və kommunal ödənişlərdə də müəyyən dəyişmələr baş verdi. Bu dəyişmələr maya dəyərinin də müəyyən dərəcədə dəyişilməsinə şərait yaradıb. Ancaq indiki vəziyyəti götürsək, "Azərpoçt" Nazirlik qarşısında bu barədə hansısa təkliflə çıxış etməyib. Aparılmış təhlillər, araşdırmalar nəticəsində Nazirlik qarşısında müvafiq məsələnin qaldırılması mümkündür", - deyə İ.Mustafayev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə universal poçt xidmətləri üzrə tariflər 2022-ci ildə yenilənib. Buna səbəb kimi Azərpoçt” tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olması göstərilirdi.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb




















