Çin avtomobil nəhəngləri Dongfeng və Changan birləşirlər: BYD-ni keçərək dünyada 5-ci ola bilər
Çinin ən böyük dövlət avtomobil istehsalçıları olan "Dongfeng Motor" və "Changan Automobile"in birləşməsi prosesinə start verilib. Birləşmə baş verərsə, yeni şirkət illik 4,58 milyon ədəd avtomobil satışı ilə Çinin ən böyük və dünyanın 5-ci ən böyük avtomobil istehsalçısı olmaq üçün BYD-ni keçəcək.
Çinin dövlət nəzarətində olan avtomobil nəhəngləri "Dongfeng Motor" və "Changan Automobile", birləşməni nəzərdə tutan planlarını açıqlayıblar. Əgər birləşmə reallaşarsa, bu birləşmə dünyanın beşinci ən böyük avtomobil istehsalçısını yaradacaq.
Marja .az xəbər verir ki, Çin mətbuatında yer alan xəbərlərə görə, birləşmədən sonra Dongfeng-in yeni avtomobil qrupunda lider olacağı gözlənilir.
Məlumata görə, Dongfeng-in hazırkı sədri Yang Qing qrupun sədri vəzifəsinə təyin ediləcək, baş menecer də Dongfeng daxilindən təyin ediləcək. Bildirilir ki, "Changan Automobile"in sədri Zhu Huarong 2025-ci ildə təqaüdə çıxacağı üçün yeni rəhbərlikdə yer almayacaq.
Birləşmə uğurlu olarsa, yeni qrupun illik avtomobil satışları təxminən 4,58 milyon ədədə çatacaq. Bu rəqəm onu Çinin ən böyük avtomobil istehsalçısı və BYD-ni keçərək dünyanın beşinci ən böyük avtomobil istehsalçısı edəcək.
Təchizat zənciri yenidən qurulacaq
Yeni avtomobil qrupunun ilk mərhələdə tədarük zəncirini yenidən təşkil edəcəyi gözlənilir. Dongfeng və Changan-ın gələcəkdə təchizat zənciri resurslarını birləşdirərək yüksək keyfiyyətli təchizatçılardan hissələri və texnologiyaları birgə alması gözlənilir. Ekspertlərin fikrincə, bu addım iki avtomobil nəhəngi üçün daha güclü və səmərəli istehsal şəbəkəsi yaratmaq üçün kritik bir addım olacaq.
Elektrikli avtomobilin transformasiyasında sürətlənmə gözlənilir
Çinin avtomobil sektoru elektrikli nəqliyyat vasitələrinin transformasiyasına sürətlə uyğunlaşmağa çalışsa da, xüsusilə dövlətə məxsus istehsalçıların bu prosesdə daha yavaş irəlilədiyinə dair tənqidlər var. 2024-cü ilin mart ayında Çin Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC) sədri Zhang Yuzhuo, dövlətə məxsus avtomobil istehsalçılarının yeni enerji vasitəsi (NEV) sahəsində kifayət qədər sürətlə hərəkət etmədiyini və sənayeni sürətləndirmək üçün yeni siyasətlərin getdiyini bildirmişdi.
Bu qərar, Dongfeng və Changan-ın birləşməsi Çinin elektrikli avtomobil transformasiyasını sürətləndirmək səylərinə töhfə verəcək mühüm addım hesab olunur. Dövlət tərəfindən dəstəklənən bu birləşmə sayəsində iki şirkətin elektromobil istehsalına daha çox sərmayə qoyması və qlobal bazarda rəqabət qabiliyyətini artırması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
18 d. əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
Son Xəbərlər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

“Bakı Fintex Forumu 2025” keçiriləcək

Sentyabrın 20-də gözlənilən hava şəraiti

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
