“Nizamiyə 945 min dollar vermişəm. Ayda 37-38 min dollar gəlir əldə edəcəyimi demişdi"
" Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi"Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı "birjaçı" Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.
İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.
Zeynal Usubov istintaq vaxtı nə deyibsə, onu qəbul edib. Amma hakim ibtidai istintaqın məhkəməyə bağlı olmadığını qeyd edərək müttəhimdən hadisə barədə danışmasını istəyib.
Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: “Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları “İnvest.az” saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi”.
Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları “İnvest.az” saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: “Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar”.
Təqsirləndirilən şəxs isə Zeynal Usubovun dedikləri ilə razılaşmayıb. Müdafiə tərəfi növbəti iclaslarda sübutların ortaya qoyulacağını bildirib.
Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib, nəyə əsasən təqsirləndirilən şəxsə inandığını soruşub.
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: “Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam”.
Təqsirləndirilən şəxsin vəkilinin “verdiyiniz pulların mənbəyi haradan idi?” -, sualına isə zərərçəkmiş “dostumdan almışdım” deyə cavab verib.

Tərəflərin məhkəmədə verdiyi ifadələr işin gələcək gedişatı üçün önəmli sayılır. Məhkəmə prosesi fevralın 27-də davam edəcək.
Qeyd edək ki, Nizami Alışan Zeynal Usubovdan başqa, Babək Məmmədzadənin 1 milyon 300 min, Yadigar İsrafilovun isə 200 min dollarını ələ keçirməkdə ittiham edilir.
Z.Usubov əvvəllər Nərimanov rayon prokurorunun müavini işləyib. Babək Məmmədzadə isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Təqsirləndirilən şəxsin özünə gəlincə, o, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
24 d. əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
-
30 d. əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 40 d. əvvəl
-
1 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
1 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
1 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
3 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
Ən çox oxunanlar
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı























