Qadınların iqtisadi imkanlarının artırılması "Coca-Cola Azərbaycan"ın əsas prioritetlərindəndir
Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Baş direktor bildirib ki, qadınların iqtisadi imkanlarının artırılması da şirkətin əsas prioritetlərindədir. Bu nöqteyi-nəzərdən şirkətdə bərabər əməkhaqqı prinsipi vacib amildir.
Rəna xanımın sözlərinə görə, 2023-cü ildə “Coca-Cola İçecek” (CCİ) qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq “Bərabər Əməkhaqqı Sertifikatı”ına layiq görülüb:
“Coca-Cola İçecek” bu sertifikata sahib ilk istehsalçı şirkət olmaqla yanaşı, Türkiyədə fəaliyyət göstərən ilk qlobal sertifikatlı beynəlxalq və Özbəkistan, İraq, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Tacikistanda həmin sertifikata layiq görülən yeganə şirkətdir. Bu Dayanıqlı İnkişaf öhdəliklərinə çatmaq yolunda mühüm nailiyyətdir və CCİ-nin “Müxtəliflik və İnklüzivlik” prinsipinə sadiqliyinin sübutudur. Biz fəxr edirik ki, “Coca-Cola İçecek” Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə görə mükafatlandırılan ilk şirkət olub”.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























