"Azərbaycanda kriptovalyutalara marağın artdığını müşahidə edirik"
"Azərbaycanda rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara marağın artdığını müşahidə edirik".
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda çıxışı zamanı bildirib.
O deyib ki, bu tendensiya Azərbaycanda rəqəmsal aktivlərin tənzimlənməsi üçün hüquqi bazanın işlənib hazırlanmasını sürətləndirməyə təkan olub.
T.Kazımov həmçinin vurğulayıb ki, Azərbaycan son 3 ildə maliyyə sektorunun tənzimlənməsi, xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və komplayns sahələrində əhəmiyyətli irəliləyiş əldə edib:
"Son üç il ərzində, xüsusilə anti-pul yuyulması (AML) və uyğunluqla bağlı tənzimləmə dəyişikliklərində əhəmiyyətli irəliləyiş əldə etmişik. Biz maliyyə bazarının stimullaşdırılması və beynəlxalq tələblərə riayət edilməsi arasında balansı qorumağa çalışırıq. Bu islahatlar nəticəsində Azərbaycan banklarının, xüsusilə ABŞ-dəki müxbir şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























